Şamil Ayrım Azərbaycanı təbrik edibbackend

Şamil Ayrım Azərbaycanı təbrik edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şamil Ayrım

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri, Türkiyə Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasını (AK Parti) təmsil edən millət vəkili Şamil Ayrım Bakının işğaldan azad olunmasının 105-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib.

“İnterpress.az” xəbər verir ki, o, bu barədə “X”də yazıb.

“Can Azərbaycanın paytaxtı Bakının işğaldan azad olunmasının 105-ci ildönümü mübarək olsun! Dünən Bakının azad olunması üçün şəhid olan Nuru Paşa və ordusunu və bu gün 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızı hörmətlə anıram”, – Ş.Ayrım bildirib.