ABŞ-ın Detroit şəhəri və ətrafında avtomobil istehsal edən 3 fərqli fabrikdə çalışan təxminən 13 min işçi əmək haqqı mübahisəsi səbəbiylə birlik tarixində ilk dəfə birlikdə tətilə çıxıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
ABŞ-da “Birləşmiş Avtomobil İşçiləri” həmkarlar ittifaqının üzvü olan və General Motors, Ford və Stellantis şirkətlərinin fabriklərində çalışan 13 minə yaxın işçi 88 illik tarixində ilk dəfə birlikdə tətil etmək qərarına gəlib.
Sözügedən işçilər müqavilələrinin yenilənməsi üçün dünən gecə yarısı başa çatan maaş artımı ilə bağlı fabrik rəhbərləri ilə görüşdükdən sonra bu qərara gəliblər.
Tətil uzun müddət davam edərsə, tədarük çatışmazlığı və qiymət artımı ilə bağlı narahatlıqlar var.