BMT: 47 milyon insan aclıq astanasındadırbackend

BMT: 47 milyon insan aclıq astanasındadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramının məlumatına görə, dünyada təqribən 783 milyon insan qidaya çıxış problemi yaşadığı halda, 50-dən çox ölkədə təxminən 47 milyon insan aclıq astanasındadır.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramının (ÜƏP) icraçı direktoru Sindi Makkeyn BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) keçirilən sessiyasında qlobal ərzaq böhranından danışıb.

“Müharibə, iqtisadi qarışıqlıq, sürətlənən iqlim dəyişikliyi və ətraf mühitin deqradasiyası hər il milyonlarla insanı yoxsulluğa və ümidsizliyə sürükləyir”, – Makkeyn bildirib.

Dünya əhalisinin təqribən 10-dan 1-inə bərabər olan təxminən 783 milyon insanın qidaya çıxış problemi olduğuna diqqət çəkən Makkeyn deyib ki, ÜƏP-in hesablamalarına görə, 50-dən çox ölkədə təxminən 47 milyon insan aclıqdan bir addım uzaqda yaşayır.