Rusiyanın xarici işlər naziri Pxenyana səfər etməyi planlaşdırırbackend

Rusiyanın xarici işlər naziri Pxenyana səfər etməyi planlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya Federasiyası və Koreya Xalq Demokratik Respublikasının (KXDR) liderləri arasında razılaşmalar çərçivəsində əməkdaşlığı dərinləşdirmək üçün oktyabrda Pxenyana səfər etməyi planlaşdırır.

Bu barədə “İnterpress.az” “Yonhap”a istinadən xəbər verir.

Qeyd olunub ki, səfər Vladimir Putin və Kim Çen Inın iki ölkə arasında münasibətlərin və əməkdaşlığın intensivləşdirilməsinə dair razılaşmanın davamı olacaq.

Nəşr qeyd edib ki, Lavrovun səfərinin məqsədlərindən biri Putinin KXDR-ə səfərini hazırlamaq ola bilər.