Rumıniyanın Sibiu şəhərində yaşayış binasında partlayış baş verib, 2 nəfər ölüb, 20-yə yaxın insan təxliyə edilib.
“İnterpress.az”ın xarici KİV-ə istinadən məlumatına görə, bu barədə Sibiu Fövqəladə Hallar Müfəttişliyinin mətbuat katibi Andrea Stefan bildirib.
Partlayışın ardınca yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzildə yanğın olub.
Mənzilin içərisində axtarış-xilasetmə işləri davam edir. Evin yerləşdiyi küçədə nəqliyyatın hərəkəti kəsilib.
Partlayışın səbəbləri yanğınsöndürənlər və xilasedicilər işlərini bitirdikdən sonra mütəxəssislər tərəfindən müəyyən ediləcək.