Bu barədə Reuters məlumat yayıb.
Xatırladaq ki, daha öncə verilən məlumatda Laaşrauinin Salah Əbdeslamın köməkçisi olduğu vurğulanırdı.
Onu da qeyd edək ki, martın 21-də Belçika polisi Əbdeslamın köməkçisinin şəxsiyyətini müəyyənləşdirmişdi: Paris hücumlarındakı partladıcı dolu kəmərlərin birindəki əl izlərinin DNT analizi bunun 24 yaşlı Nəcim Laaşraui olduğunu ortaya çıxarmışdı. Polis Laaşrauini axtarışa vermişdi.
RTBF telekanalının xatırlatmasına görə, Laaşraui 2015-ci il noyabrın 13-də Parisdəki teraktı törədən qrup üçün bomba hazırlayıb.
\”Bu, prioritet versiyadır. Nəcim Laaşraui Parisdəki, indi isə Brüsseldəki partlayışlarda şübhəli bilinir\”, -məlumatda deyilirdi.
* * *11:31
Brüsseldə hava limanında baş verən terror aktını törədənlərin kimliyi məlum olub.
APA-nın məlumatına görə, bu barədə RTBF telekanalı xəbər yayıb.
Terror aktını törədənlərin Belçika vətəndaşları olan Bakraui qardaşları olduğu deyilir.
Xatırladaq ki, Brüsseldə Zaventem hava limanında dünən ard-arda iki güclü partlayış baş verib. Hadisə nəticəsində 11 nəfər ölüb, xeyli insan yaralanıb.(virtualaz.org)
İnterpress.az