Görüşlərin sonunda Birləşmiş Millətlər Təşkilatının Suriya üzrə xüsusi səfiri danışıqlara vasitəçilik edən Satffan de Mistura mətbuat konfransında çıxış edib.
Səfir bildirib ki, növbəti görüşlərdə tərəflər artıq prinsiplərə dair deyil, Suriyada siyasi keçidə dair danışıqlar aparacaqlar.
“Əlbəttə, hər şeyi mən idarə etmirəm. Lakin ümid edirəm ki, növbəti dəfə biz artıq siyasi keçid prosesinə daha çox diqqət edəcəyik. Mən bu istiqamətdə addımların atılmasına çalışacam. Danışıqlarda ortaq nöqtə, ortaq fikirlər çox idi. Lakin artıq siyasi keçid prosesi barədə düşünməyin vaxtıdır. Düşünürük ki, bu proses hamı tərəfindən qəbul olunan BMT Təhlükə Şurasının qətnaməsinə əsaslanmalıdır”, – BMT-nin Suriya üzrə xüsusi səfiri Staffan de Mistura bildirib.
Staffan de Mistura Suriya üzrə danışıqlarda
Sülhə dair danışıqlar fonunda Suriya ordusu Palmira şəhərini İŞİD qruplaşmasının işğalından azad etmək üçün səylərini artırıb. Ordu qüvvələri İŞİD silahlıları tərəfindən zəbt edilmiş daha bir turizm mərkəzi üzərində nəzarəti bərpa edib.
UNESCO-nun dünya mədəni irsi siyahısına daxil edilən Palmira şəhəri may ayında İŞİD qruplaşması tərəfindən zəbt olunmuş, şəhərin qədim tarixi abidələri və qiymətli arxeoloji qazıntılar məhv edimişdi.(anspress)
İnterpress.az