Almaniyada məscidə hücum edilibbackend

Almaniyada məscidə hücum edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Siegburq şəhərində yerləşən Diyanət İşləri Türk-İslam Birliyinin (DİTİB) Mərkəz Məscidi naməlum şəxslər tərəfindən daşlı hücuma məruz qalıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Yerli vaxtla 23.09-da baş verən hücumda xəsarət alan olmasa da, məsciddə maddi ziyan dəyib.

DİTİB Siegburg Mərkəz Məscid Birliyi Başçısı Turan Kaplan etdiyi yazılı mətbuata açıqlamasında təhlükəsizlik kameralarına əks olunan görüntülərdə məscidə daşla hücum edən 4 nəfər haqqında polisə cinayət işi açdıqlarını bildirib.

Kaplan məscidin əsas giriş qapısındakı təhlükəsizlik şüşələrinin də sındırıldığını, daha sonra təcavüzkarların qaçdığını bildirib.

Son zamanlar məscidlərə qarşı artan hücumlardan kədərləndiyini bildirən Kaplan, məscid rəhbərliyi və ictimaiyyəti olaraq onların da narahat olduqlarını qeyd edib.

Kaplan hücumun təhlükəsizlik kamerası görüntülərini polislə paylaşdıqlarını bildirib.