“Qarabağ məsələsində Türkiyə təcrübəsi keçərli deyil”backend

“Qarabağ məsələsində Türkiyə təcrübəsi keçərli deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin İŞİD, PKK və ona qədər törəmə terror təşkilatına qarşı mübarizəsi davam edir. Həm ölkə daxilində, həm də ölkə xaricində keçirilən bu əməliyyatlar nəticəsində minlərlə terrorçu neytrallaşdırılsa da, güc orqanlarının bu mübarizədə verdiyi itkilər də az deyil.
Azərbaycanın da erməni terroruna məruz qaldığını, Qarabağda anti-terror əməliyyatlarının aparılması zəruriliyinin bu gün də öz aktuallığını qoruyub saxladığını nəzərə alsaq, Türkiyənin anti-terror təcrübəsinin ölkəmiz üçün faydalı ola biləcəyi istisna deyil.
Azərbaycan erməni terrorizminə qarşı mübarizədə Türkiyənin təcrübəsindən faydalana bilərmi? Bu təcrübə Qarabağ məsələsində nə dərəcədə səmərəli oal bilər?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Türkiyə təcrübəsinin Qarabağ məsələsində heç bir rol oynamadığını bildirdi. Ekspertin sözlərinə görə, Türkiyədən fərqli olaraq, Azərbaycan Ermənistanla müharibə şəraitindədir və Qarabağın azad edilməsi də ölkəmizdən anti-terror əməliyyatı deyil, müharibə aparmağı tələb edir:
“Qarabağda tamam fərqli situasiya mövcuddur. Türkiyənin terror təşkilatlarına qarşı apardığı mübarizə bu ölkənin daxilindədir. Bu terror təşkilatları Türkiyənin ərazisini işğal etməyiblər. İŞİD Suriyanı işğal etdiyi kimi Türkiyəni, onun hansısa ərazisini işğal etməyib. Azərbaycanda isə baş verənlər terror qarşı mübarizə deyil. Bizdə Ermənistan-Azərbaycan müharibəsidir. Bu, müharibə olduğuna görə, müharibə qaydaları əsasında aparılmalıdır. Bu, terrorizmə qarşı mübarizə deyil. Separatçılara qarşı mübarizəyə şübhəsiz ki, diqqət yetirilməlidir. Lakin söhbət Dağlıq Qarabağdan, onun işğaldan azad edilməsindən gedirsə, burada Türkiyə təcrübəsi faydalı olmayacaq. Çünki bu, artıq müharibədir. Müharibəni isə müharibə kimi eləməlisən. Bu, terror qarşı mübarizə yox, torpağı azad etmək uğrunda aparılan müharibədir”.(Moderator)

Interpress.az