Qəzzadakı Əl-Maqazi Qaçqınlar Düşərgəsindəki BMT-yə bağlı məktəbə raket düşməsi nəticəsində ən azı 6 nəfər həlak olub.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər İdarəsi (UNRWA) mühasirədə olan Qəzzada köçkün fələstinlilərin sığındığı UNRWA məktəbinin atəşə tutulması nəticəsində 6 nəfərin öldüyünü açıqlayıb.
Onların aralarında UNRWA əməkdaşlarının da olduğu onlarla adamın yaralandığı bildirilib.
Məktəbə ciddi maddi ziyanın dəydiyi və ölənlərin sayının arta biləcəyi qeyd edilib.
Sözügedən məktəbdə sığınacaq alan 4 min nəfərin olduğunu vurğulanıb.
Qəzzada baş verən toqquşmalarda 299-u əsgər olmaqla 1400 israillinin öldüyü, 3968 israillinin yaralandığı bildirilib.
Fələstin tırıfindən isə 3 min nəfərin öldüyü, 12 min 500 nəfərin isə yaralandığı açıqlanıb.