Cənubi Koreya, ABŞ və Yaponiya “Şimali Koreyanın artan hərbi təhdidləri və Çinin bölgədəki fəaliyyətini artırması” fonunda üçtərəfli rabitə xətti yaradıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Cənubi Koreyalı bir səlahiyyətli Cənubi Koreya, ABŞ və Yaponiya arasında rabitə xəttinin qurulduğunu və xəttin ölkələrin texniki işçiləri tərəfindən sınaqdan keçirildiyini bildirib.
Xəttin “Şimali Koreyanın artan hərbi təhdidləri və Çinin bölgədə artan fəaliyyətini” həll etmək üçün yaradıldığını qeyd edən rəsmi, xəttin üç ölkənin Milli Təhlükəsizlik Şurasını birləşdirəcəyini və liderlərlə yüksək səviyyəli təhlükəsizlik qüvvələri arasında audio və video əlaqə yaratmağa imkan verəcəyini bildirib.
Bu xətt Cənubi Koreya prezidenti Yoon Suk Yeol, ABŞ prezidenti Co Bayden və Yaponiyanın baş naziri Kişida Fumio avqust ayında Kemp Deviddə keçirilən sammitdə “ümumi təhlükə” qarşısında bir-biri ilə “məsləhətləşmək öhdəliyi” barədə razılığa gəldikdən sonra yaradılıb.
ABŞ, Cənubi Koreya və Yaponiya liderləri Şimali Koreyanın yaratdığı təhlükəyə qarşı avqustun 18-də Kemp Deviddə keçirilən üçtərəfli sammitdə bir araya gəlib.
Sammitdən sonra ABŞ, Yaponiya və Cənubi Koreya Sakit okeanda təhlükəsizlik təhdidlərinə qarşı müxtəlif sahələrdə üçtərəfli əməkdaşlığı genişləndirmək öhdəliyi götürüblər.