Fransada 6 hava limanının bomba təhdidləri və hücum təhlükəsi səbəbindən boşaldıldığı bildirilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Fransa Mülki Aviasiya Baş Müdirliyi Lill, Bron, Nice, Nantes, Toulouse və Beauvais hava limanlarından heç bir təyyarənin qalxmadığını və növbəti xəbərdarlığa qədər uçuşların dayandırıldığını açıqlayıb.
Milli mətbuatda yer alan xəbərə görə, bu səhər polis səlahiyyətliləri sözügedən hava limanları üçün elektron poçt vasitəsilə bomba və hücum bildirişləri alıb.
Xəbərdarlıqların ardından təhlükəsizlik qrupları hərəkətə keçərkən, hava limanlarında bomba axtarışları aparılır.
Hava limanına enən təyyarələrdə olan sərnişinlərin terminala daxil olmasına icazə verilmədiyi halda, terminalda olan sərnişinlər çıxış qapılarına yönəldilir.
Sərnişinlərin sosial media hesablarında paylaşdıqları paylaşımlarda hava limanlarının boşaldıldığı görünür.