Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, Avropa İttifaqı (Aİ) gələn ilin yazına qədər Ukraynaya 1 milyon artilleriya mərmisi vermək məqsədini yerinə yetirə bilməyəcək. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Pistorius Brüsseldə jurnalistlərə verdiyi açıqlamada bu qış Ukraynanın infrastrukturuna hücumların artacağını güman etdiklərini və bu səbəbdən Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi və infrastrukturunun qorunması lazım olduğunu, Ukraynaya dəstəyini davam etdirəcəklərini bildirib.
Almaniyanın bir neçə həftə əvvəl Ukraynaya dəstək üçün 1 milyard avroluq paket açıqladığını xatırladan Pistorius ABŞ-dan sonra Ukraynaya ən çox dəstək verən ölkənin Almaniya olduğunu bildirib.
Pistorius Almaniyada indiyədək 8 mindən çox ukraynalı əsgərin təlim keçdiyini və ilin sonuna qədər bu sayın təxminən 10 minə çatacağına ümid etdiyini bildirib.
Pistoris Ukraynaya 1 milyon top mərmisi verəcək söz vermədiyini vurğulayıb.
Nazir Pistorius bildirib ki, burada problem istehsal gücüdür və istehsalın artırılması və sürətləndirilməsi lazımdır.
Mart ayında Aİ Ukraynaya 12 ay ərzində 1 milyon artilleriya mərmisi verməyə razılaşıb.