ABŞ-də şəkərli diabet xəstələri üçün yeni dərman hazırlanıbbackend

ABŞ-də şəkərli diabet xəstələri üçün yeni dərman hazırlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tibb günü-gündən inkişaf edir və bir müddətdən sonra ola bilsin şəkərli diabetin tam müalicəsi tapılsın. Onu da qeyd edim ki, ABŞ-da artıq yeni dərman qeydiyyatdan keçib”.

İnterpress.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, endokrinoloq Oqtay Hüseynov deyib.

O bildirib ki, şəkərli diabetin bir neçə növü və tipləri var: “Birinci tip şəkərli diabetdən əziyyət çəkənlər, eləcə də hamilə qadınlarda gündə 4 dəfə qanda şəkərin səviyyəsi yoxlanılmalıdır yüngül formalı şəkərli diabetdə həftədə bir dəfə qanda şəkərin səviyyəsinin yoxlanılması tövsiyə olunur. Şəkərli diabet xəstəlik yox, həyat tərzidir. Əgər bir insanın sağlam həyat tərzi varsa, qanda şəkərin səviyyəsi normaldırsa hesab edin ki, onda xəstəlik yoxdur. XXI əsrdə əgər diabet varsa müalicəsi qanda şəkərin səviyyəsini normada saxlamaqdır”.