Gürcüstanın ən çox mal-qara ixrac etdiyi ölkələrin adları məlum olub.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
2023-cü ilin yanvar-sentyabr aylarında yerli mal-qara ixracı 58,042 milyon dollar təşkil edib ki, bu da son 10 ilin ən yüksək göstəricisidir.
Bu il Gürcüstandan yalnız 4 ölkəyə ümumi dəyəri 58,042 milyon dollar olan 17,622 ton diri mal-qara ixrac edilib:
● İraq – 42,517 milyon dollar (13,083 ton);
● Azərbaycan – 14,856 milyon dollar (4,228 ton);
● Ermənistan – 348,4 min dollar (217 ton);
● İran – 320,2 min dollar (93,5 ton).