Əziz dostlar!
Ermənistan ve Rusiya mətbuatının səhvlərini biz də təkrar etməyək. Hərbi əməliyyatlar Dağlıq Qarabağda yox, Dağlıq Qarabağ ətrafında işğal edilmiş rayonlarımızın ərazisində gedir.
Tərtər-Ağdərə istiqamətindən başqa. Ermənilər Dağlıq Qarabağ ətrafında işğal etdikləri 7 rayonumuzun ərazisindən keçən təmas xətlərinə Azərbaycanla Dağlıq Qarabağ arasındakı təmas xətti deməklə bufer zonası adlandırılan rayonlarımızın, yəni Dağlıq Qarabağa aidiyyatı olmayan ərazilərin işğal faktını diqqətdən kənar saxlamağa çalışırlar.
İnterpress.az