Humanitar yardım daşıyan ən azı 26 yük maşını cümə günü “Rəfah” nəzarət-buraxılış məntəqəsi vasitəsilə Qəzza zolağına daxil olub.
İnterpress.az xəbər verir ki, bu barədə İsrailin Fələstin torpaqlarında hökumət fəaliyyətləri üzrə koordinatorunun (COGAT) ofisi məlumat yayıb.
“Humanitar yardım daşıyan 26 yük maşını yoxlanılaraq “Rəfah” keçid məntəqəsi vasitəsilə Qəzzaya göndərilib”, – ofisin “X” sosial şəbəkəsindəki səhifəsində yayımlanan məlumatda deyilir.
Anklav ərazisinə 12 yük maşını ərzaq, 10-u tibbi avadanlıq, 3-ü su, 1-i isə müvəqqəti məskunlaşma üçün avadanlıq aparıb.
Xatırladaq ki, İsrail ərazisinə HƏMAS tərəfindən raket hücumları oktyabrın 7-də Qəzza zolağından başlayıb. İsrail ordusu cavab olaraq “müharibə hazırlığı”nı elan edib. Oktyabrın 8-də İsrail rəsmi olaraq ölkənin “müharibə vəziyyətinə” daxil olduğunu bəyan edib. Əks-əməliyyat “Dəmir qılınclar” adlandırılıb.