Türkiyə XİN başçısından Qarabağla bağlı gözlənilməz açıqlamabackend

Türkiyə XİN başçısından Qarabağla bağlı gözlənilməz açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

Türkiyəli nazirin qənaətinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ATƏT-in Minsk Qrupu həmsdərlərindən asılıdır.

\”Əgər həmsədrlər ortaya siyasi iradə ortaya qoyarlarsa və səmimi olaraq Qarabağ münaqişəsinin həllini istəyərlərsə, qısa zamanda problem öz həllini tapa bilər. Əgər həmsədr ölkələr istəsələr Qarabağ münaqişəsi bir həftə ərzində həll oluna bilər\”, – deyə M. Çavuşoğlu vurğulayıb.

Bununla belə Çavuşoğlu əlavə edib ki, Türkiyə hər zaman qardaş Azərbaycanın yanında olub və bundan sonra da onun yanında olacaq. \”Ermənistan-Azərbaycan arasındakı münaqişə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq hüquq normaları çərçivəsində tez bir zamanda həllini tapmalıdır\”, – deyə türkiyəli nazir qeyd edib. (moderator.az)

İnterpress.az