BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası – COP28 iştirakçıları yekun sənədi təsdiqləyiblər.
İnterpress.az-ın Dubaya ezam olunmuş əməkdaşı xəbər verir, qəbul edilən sənədlə ölkələr qalıq yanacaqlarından keçid etməyə çağırılır, lakin onların istifadəsi mərhələli şəkildə imtina olunmamalıdır.
Xatırladaq ki, noyabrın 30-dan dekabrın 12-dək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası keçirilib. Tədbirdə Azərbaycandan nümayəndə heyəti iştirak edib.
Dekabrın 11-də isə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının – COP29-un 29-cu sessiyasının gələn il Azərbaycanda keçirilməsi rəsmən elan edilib.