Göyçayda toqquşan avtomobillər hasara çırpılıb, ana və oğlu ağır xəsarət alıbbackend

Göyçayda toqquşan avtomobillər hasara çırpılıb, ana və oğlu ağır xəsarət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə bu gün saat 12:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 220-ci kilometrliyində, Göyçay şəhəri ərazisində qeydə alınıb. 68-BA-491 dövlət nömrə nişanlı, “VAZ 21011” markalı minik avtomobili qarşı tərəfdən gələn 99-CH-440 dövlət nömrə nişanlı, “Audi” markalı minik avtomobili ilə toqquşub.

Hadisə zamanı hər iki avtomobil yoldan çıxaraq hasara çırpılıb. “VAZ 21011” markalı avtomobilin sürücüsü, 1977-ci il təvəllüdlü Manafov Vüsal Rafael oğlu və anası, 1955-ci il təvəllüdlü Manafova Gülburə Məmməd qızı ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. (apa)

Göyçayda toqquşan avtomobillər hasara çırpılıb, ana və oğlu ağır xəsarət alıb

İnterpress.az