AUSTRIAN AIRLINES Gürcüstanın aviasiya bazarına daxil olurbackend

AUSTRIAN AIRLINES Gürcüstanın aviasiya bazarına daxil olur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2 may 2024-cü il tarixindən etibarən Avstriya Hava Yolları Tbilisi Şota Rustaveli Beynəlxalq Hava Limanına uçuşlara başlayacaq. 

İnterpress.az yerli mediaya istinadən xəbər verir ki, aviaşirkət həftədə 3 dəfə Vyana-Tbilisi-Vyana istiqamətində birbaşa müntəzəm uçuşlar həyata keçirəcək.

Gürcüstan Hava Limanları Assosiasiyasının baş direktoru İrakli Karkaşadze söyləyib ki, artıq Aİ üzvlüyünə namizəd statusunun ilk nəticələrini görürük ki, bu da il ərzində Avstriya Hava Yolları ilə danışıqların yekun mərhələsinin uğurla başa çatmasına töhfə verib.

Aviaşirkətin rəsmi saytında (www.austrian.com) aviabiletlərin satışı bu gündən etibarən həyata keçirilir.

1957-ci ildə əsası qoyulan AUSTRIAN AIRLINES Avstriyanın rəsmi aviadaşıyıcısıdır və Lufthansa Qrupunun törəmə şirkətidir.

Star Alliance üzvü olan aviaşirkət 55 ölkədə 120 istiqamətə uçuşlar həyata keçirir. Tərkibində 65 təyyarə var ki, onların da əksəriyyəti Airbus A320 tipli gəmilərdir.