Azyaşlı qıza təcavüz edən şəxs barəsində həbs-qətimkan tədbiri seçildibackend

Azyaşlı qıza təcavüz edən şəxs barəsində həbs-qətimkan tədbiri seçildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda 13 yaşlı azyaşlını zorlanmaqda şübhəli bilinən şəxsə ittiham irəli sürülüb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, prokurorluq qanunla müəyyən edilmiş müddət ərzində həbs qətimkan tədbirinin tətbiq edilməsi barədə vəsatətlə məhkəməyə müraciət edəcək.

Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, yanvarın 18-də təqsirləndirilən şəxs Qurcaani rayonunun Cimiti kəndində yerləşən fermanın ərazisində 13 yaşlı azyaşlıya təcavüz edib.

O, Cinayət Məcəlləsinin 137-ci maddəsinin 4-cü hissəsinin “Q” bəndi ilə ittiham olunub, bunun üçün 15 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə nəzərdə tutulur.