Neftçala Rayon İcra Hakimiyyəti avtomobil yollarının əsaslı təmir işləri ilə əlaqədar elan etdiyi tenderə yekun vurub.
İnterpress.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, tenderin qalibi “Avtoyoltikintiservis” şirkəti olub.
RİH ilə şirkət arasında 405.395,25 manatlıq müqavilə imzalanıb. Rayon rəhbərliyi bu vəsaiti həyata keçiriləcək təmir işlərinin müqabilində sözügedən şirkətə ödəməlidir.
Qeyd edək ki, Neftçala RİH yolların, park və küçələrin təmiri, bərpası və yenidənqurması, eləcə də müxtəlif növ abadlıq işləri ilə əlaqədar mütəmadi olaraq bu kimi tenderlər keçirir.
Xatırladaq ki, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovdur. 35 yaşlı icra başçısı 4 ildir ki, rayona rəhbərlik edir.