Tanınmış məşqçi və aktyor 57 yaşında VƏFAT ETDİbackend

Tanınmış məşqçi və aktyor 57 yaşında VƏFAT ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyasının əməkdar artisti, məşhur sovet məşqçisi və aktyoru Andrey Klıkov 57 yaşında vəfat edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Sirkinin saytı məlumat yayıb.

Klikov “Sınıq Fənərlər Küçəsi” serialının üçüncü mövsümündə meymunla polis rolunu oynayıb.

“Andrey Klıkov aprelin 9-da vəfat edib. Onun 2024-cü ilin sentyabrında 58 yaşı tamam olacaqdı”, – Rusiya Dövlət Sirkinin rəsmi saytında dərc olunan mesajda deyilir.

Qeyd olunur ki, sənətkar karyerası ərzində dəfələrlə yüksək dövlət mükafatlarına layiq görülüb: “Rusiya Federasiyasının əməkdar artisti” fəxri adı, Rusiya qarşısında xidmətlərinə görə ordeni, “İman və xeyirxahlığa görə” medalı.

Xuraman Etibarlı

İnterpress.az