Aprelin 17-də Qətərin paytaxı Dohada start götürəcək Dünya Kubokunda Azərbaycanın altı idman gimnastı mübarizə aparacaq.
İnterpress.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Dörd gün davam edəcək yarışda Rəsul Əhmədzadə (dəstəli at və paralel qollar), Mənsum Səfərov (sərbəst hərəkətlər və turnik), İvan Tixonov (dəstəli at, dayaqlı tullanma və paralel qollar), Nikita Simonov (halqalar), Murad Ağarzayev (sərbəst hərəkətlər və dayaqlı tullanma), Nazənin Teymurova (dayaqlı tullanma, gimnastika tiri və sərbəst hərəkətlər) bacarıqlarını göstərəcəklər.
İdmançılara turnirdə məşqçilər Eldar Səfərov, Ruslan İrqaşev və Olqa Barkalava rəhbərlik edəcəklər. Zəkəriyyə Muradlı və Əhməd Ağayev Dünya Kubokuna hakim kimi təyinat alıblar.