Azərbaycanda “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları” dəyişibbackend

Azərbaycanda “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları” dəyişib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadiyyat Nazirliyinin Kollegiyası “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edib.

İnterpress.az xəbər verir ki, bununla bağlı nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra nağdsız hesablaşmalara nəzarət zamanı pərakəndə satış qaydasında təqdim edilən malların satışı üzrə bir əməliyyat çərçivəsində bir nəzarət-kassa aparatının çeki üzrə 4 000 manatdan çox, eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində bir nəzarət-kassa aparatının çeki üzrə 500 manatdan artıq olan ödənişlərin nağdsız qaydada aparılması araşdırılacaq.

Nazirliyinin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.