İqtisadçı ekspert Nazim Məmmədov Vergilər Naziliyinin mövqeyini dəstəkləyir:
\”Vergilər nazirliyinin mövqeyi düzdür. Qiymət şişirtməsi adətən idxaldan sonra başlayır, qaimələr dəyişdirilir, topdansatış şirkətləri iri ticarət mərkəzləri, supermarketlər şəbəkələri ilə əlaqəli işləyərək iri məbləğləri dövlət büdcəsindən yayındırırlar. Bu problemin həll yolundan biri idxalda monopoliyanın ləğvindən keçir, indiki şəraitdə gündəlik təlabat mallarının ortalama 70-80% idxal olunur və bu gömrük orqanlarının \”xeyir duası\” olaraq baş verdiyi heç kəsə sirr deyil, bunun təsdiqi üçün gömrük statistikasına nəzər yetirmək kifayətdir. Həmçinin idxalda ödənilmiş ƏDV-ni gömrük komitəsi yığdığından, həmçinin proksi şirkətlər vasitəsi ilə büdcə vəsaitinin yayındırıldığına görə, iri ticarət obyektləri \”şişirdilmiş\” qaimələrlə aldığı məhsulun satışından hesablanmış ƏDV-ni real sənəd olmadığından əvəzləşdirə bilmirlər. Ona görə də dövriyyələri çox olur, haqlı olaraq da vergilər nazirliyi ya dövriyyədən hesablanmış vergini aldıqda \”idxal mafiyası\” ilə əlbir olan marketlər, ticarət şəbəkələri ziyana düşür. Bütün bunların aradan qaldırılmasının yeganə yolu gömrük komitəsinin ləğvi onun vergiyığma funksiyasının vergilər nazirliyinə, prosedur funksiyalarının isə ASAN xidmətə verilməsidir\”. (moderator.az)
İnterpress.az