Masallı sakini Mehriban Əliyevaya müraciət etdibackend

Masallı sakini Mehriban Əliyevaya müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müraciətdə deyilir:

\”Hörmətli Mehriban xanım!

Mən Məmmədov Saleh Zahir oğlu 1985 – ci ildə Masallı rayon Şərəfə kəndində anadan olmuşam. Azərbaycan Terxniki Universitetinin məzunuyam. Hərbi xidmətimi cəbhədə Tərtərin Tapqaraqoyunlu kəndində keçmişəm. İxtisasca mühəndisəm və iki il “Azərsun”da mühəndis işləmişəm. 2008 – ci ildə ailə qurmuşam. Elə iki qız və bir oğlumun adını sizin ailənin şərəfinə Leyla, Arzu və Heydər qoymuşam.

Amma, bir neçə il öncə belimdən onurğa sümüyümdən keçirdiyim əməliyyatdan sonra, iş qabiliyyətimi itirdim. Hal – hazırda işsizəm. Həkimlər deyir ki, sənə ağır iş görmək olmaz. Evin böyük oğluyam və atamgildə yaşayırıq. Həyətyanı torpaq sahəm var, amma ev tikməyə maddi imkanım çatmır. Ailəmiz böyük olduğuna görə məndən kiçik qardaşım da ailə qura bilmir. Gözləyir ki, mən atamgildən ayrılım və sonra o da evlənsin. Sosial yardım da ala bilmirik.

Hörmətli Mehriban xanım!

Sizdən xahiş edirəm ki, mənə maddi və mənəvi köməkliyinizi əsirgəməyin. Üç azyaşlı uşaqlarımla çox çətinliklə dolanırıq. Valideynlərim olmasa, biz acından ölərik.

Hörmətlə, Masallı rayon Şərəfə kənd sakini Məmmədov Saleh Zahir oğlu.

Tel: 051 – 833 – 00 – 99\”


İnterpress.az