Ermənistanda vəziyyət GƏRGİNDİR: Polis magistral yolları bağlayan ermənilərin həbsini DAVAM ETDİRİRbackend

Ermənistanda vəziyyət GƏRGİNDİR: Polis magistral yolları bağlayan ermənilərin həbsini DAVAM ETDİRİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda polis İrəvan-Meqri yolunu bağlayan bir neçə vətəndaşı həbs edib.

İnterpress.az xəbər verir ki, bu barədə erməi mediası məlumat yayıb. Bildirilir ki, İrəvan-Meqri magistralında etiraz aksiyası zamanı vəziyyət gərginləşib.

Polis Tavuş sakinlərinə dəstək ifadə edən vətəndaşlara yolu bağlamağa imkan verməyib. Onlar sonda bir neçə etirazçını zorla maşına mindiriblər. Sonuncular arasında Daşnaksutyun-un gənclər qanadının üzvü Gerasim Vardanyan da var.

Qeyd edək ki, İrəvan-Gümrü və İrəvan-Sevan yolları da bağlanıb. Ermənilər bu yolla Tavuşda delimitasiyaya etirazlarını ifadə edirlər.

Xuraman Etibarlı

İnterpress.az