Rusiyada uşaq sahibi olmaq istəməyən qadınlar psixoloqa yönləndiriləcək.
İnterpress.az xəbər verir ki, bu barədə Rusuya mediası məlumat yayıb.
Rusiya Səhiyyə Nazirliyi dispanser müayinələrinin təşkili ilə bağlı metodik tövsiyələrə bu barədə müddəa daxil edib.
Tövsiyəyə əsasən, 18 yaşdan yuxarı qadınlar müayinə zamanı doldurduqları anketdə uşaq sahibi olmaq istəmədiklərini qeyd edərlərsə, psixoloqa yönləndiriləcəklər.
Xuraman Etibarlı
İnterpress.az






