1948-ci ildə Londonda doğulan, Ket Stevens kimi tanınan musiqiçinin əsl adı Stepan Dmitri Georgidir.
İnterpress.az-ın verdiyi xəbərə görə, 1977-ci ildə dinini dəyişərək müsəlmanlığı qəbul edən müğənni, Yusif İslam adını götürüb.
“Wild World”, “Father and Son”, “Morning Has Broken”, “Peace Train” və “The First Cut Is the Deepest”, “Lady DArbanville” mahnıları ilə məşhurlaşan ulduzun albomlarının satışı 60 milyonu keçirdi.
Kıprıslı rum ata ilə isveçli ananın üçüncü övladı olan Stepan kiçik yaşlarından katolik məktəbində təhsil alıb.
O, həyatın ilk zərbəsini 8 yaşındaykən dadır. Belə ki, onun ata-anası boşanır və anası oğlunu da götürüb İsveçə dönür. 16 yaşında orta məktəbi buraxır, daha sonra sənət məktəbinə girir, lakin burada da axıra qədər oxuya bilmir. Belə standrat olmayan ömür yolu onu başqalarından fərqləndirirdi. Lakin bu adamın İŞİD-a meyli anlaşılan deyildi.
İŞİD qaynaqlarınını verdiyi xəbərə görə, O, Raqqa şəhərində terrorçularla birgə dinc əhaliyə qarşı döyüşərkən Suriya ordusu tərəfindən öldürülüb.
Ötən gün İngiltərənin bir-çox qəzetində manşet olan bu xəbər İŞİD terror təşkilatının rəsmi twitter hesabından yayınlanıb. O, İŞİD sıralarında “Yusuf El Çeçen” adıyla savaşıb.
Britaniyanın ünlü “The Guardian” qəzeti də terrorçuya çevrilmiş rok ulduzunun ölümünü manşet edib.
BBC-nin verdiyi xəbərdə isə deyilir ki, “Yusuf El Çeçen” ləqəbli terrorçu 3 ay öncə Türkiyədən Suriyaya keçərək İŞİD-a qoşulub.
Son zamanlar sosial şəbəkələrdə “Suriyada insanlar cihad üçün savaşır. Bu mənim yuxumu qaçırır” kimi statuslar paylaşan ingilis ulduzunu bu narahatçılıq terrorçuya çevirdi. O, rok ulduzu kimi tanındı, terrorçu kimi öldürüldü.
Abuzər
İnterpress.azhttps://youtube.com/watch?v=0k6mQyu2GxM