Azərbaycanda məhkum sayı indiyə qədər ən yüksək rəqəmə çatıbbackend

Azərbaycanda məhkum sayı indiyə qədər ən yüksək rəqəmə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu sözləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində təşkil olunmuş \”Yetkinlik yaşına çatmayanların ədalət mühakiməsinə dair qanunvericiliyin təkmilləşdirilməsi\” adlı dəyirmi masada çıxış edən deputat Çingiz Qənizadə deyib.

Üzvü olduğu Hüquq siyasəti və dövlət quruculuğu komitəsi adından bununla bağlı cəza sanksiyalarında yeniliklərin ediləcəyini bildirən Ç.Qənizadə deyib ki, bu rəqəm eyni zamanda, büdcədən xərclərin artmasına da səbəb olur:

“Hər bir məhkumun bir günlük xərci 10 manat civarındadır. Bu da il ərzində 80 milyon manatdan çox edir. Bizim Cinayət Məcəlləsindəki sanksiyalarda ümumiyyətlə, bununla bağlı islahatlara ehtiyac var. Bunun da nəticəsində bu məhkumların sayı xeyli aşağı düşəcək.

Məsələn, hazırda qüvvədə olan sanksiyaya görə, narkotikdən istifadəyə görə 2-3 il müddətinə azadlıqdan məhrumetmə tətbiq edilir. Halbuki, narkotik aludəçisi xəstə hesab olunur və onun daha çox dispanserlərdə müalicəyə ehtiyacı var, nəinki məhkumluq həyatı yaşamasına”.

Deputatın sözlərinə görə, yaxın zamanlarda bununla bağlı qanunvericiliyə müvafiq islahatlar, təkmilləşdirmələr nəzərdə tutulması gözlənilir.(modern.az)

İnterpress.az