Uşaq hüquqları ilə bağlı hesabatlar izlənilir…backend

Uşaq hüquqları ilə bağlı hesabatlar izlənilir…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Milli Məclisdə təşkil olunmuş \”Yetkinlik yaşına çatmayanların ədalət mühakiməsinə dair qanunverciliyin təkmilləşdirilməsi\” adlı Dəıyirmi masada çıxışı zamanı vitse-spiker Bahar Muradova deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti, ali qanunverci orqan olan Milli Məclis insan, eləcə də, uşaq hüquqlarının təmin edilməsi, bu yöndə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində böyük uğurlara nail olub.

\”Ölkəmiz bu yöndə beynəlxalq sazişlərə və konvensiyalara qoşulub, eyni zamanda, özünün milli qanunvericiliyini yaradıb, onu təkmilləşdirib\”.

Azərbaycanda bütün qanunların qəbul edilməzdən öncə ciddi ekspertizadan keçirildiyini deyən B. Muradova məhz bunun sayəsində də mükəmməl qanunvericilik bazasına nail olunduğunu sözlərinə əlavə edib.

Azərbaycanda insan hüquqlarının, o cümlədən, uşaq huquqlarının vəziyyəti ilə bağlı ortaya qoyulan hesabatları mütəmadi olaraq izlədiklərini deyən B. Muradova onların diqqətlə öyrənildiyini, nəzərdən keçirildiyini və tənqidi məqamlardan məqbul sayılanların nəzərə alındığını da vurğulayıb.

Vitse-spiker çıxışında UNİCEF-in Azərbaycandakı nümayəndəliyi ilə uğurlu əməkdaşlığa nail olunduğunu vurğulayarqa bildirib ki, uşaq hüquqlarının təmin edilməsi istiqmətində bu qurumla bundan sonra da geniş əməkdaşlıq, silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.(modern.az)

Uşaq hüquqları ilə bağlı hesabatlar izlənilir...

İnterpress.az