UNİCEF-dən uşaq hüquqları ilə bağlı hakimiyyətə ÇAĞIRIŞbackend

UNİCEF-dən uşaq hüquqları ilə bağlı hakimiyyətə ÇAĞIRIŞ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində \”Yetkinlik yaşına çatmayanların ədalət mühakiməsinə dair qanunvericiliyin təkmilləşdirilməsi\” adlı dəyirmi masada UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Andro Şilakadze deyib.

Onun sözlərinə görə, 10 illik cəza müddəti ən azı 8 ilə endirilməlidir. O deyib ki, Qərbdə, Avropa ölkələrində yetkinlik yaşına çatmayanların azadlıqdan məhrumetmə cəzası 6 ildən yuxarı deyil. A. Şilakadze sonra Azərbaycanda insan hüquqları, o cümlədən, uşaq hüquqlarının təmin edilməsi, bu yöndə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində uğurlu addımların atıldığını qeyd edib.

Eyni zamanda, sözlərinə əlavə edib ki, özünün çox sürətli inkişaf dövrünü yaşayan Azərbaycanın bu inkişafı ondan insan hüquqları, xüsusilə, uşaq hüquqları ilə bağlı qanunvericiliyi növbəti dəfə təkmilləşdirməyi tələb edir:

\”Bildiyiniz kimi, dünyada uşaq hüquqları ilə bağlı ən vacib sənəd BMT-nin Uşaq hüquqları Konvensiyası sayılır. Həmin Konvensiyanın 37-ci maddəsində də uşaqlarla, yetkinlik yaşına çatmayanlarla bağlı ən son addım kimi onların azadlıqdan məhrum edilməsi nəzərdə tutulur.

Yəni, bunun özü onu göstərir ki, müəyyən hüquq pozuntularına yol vermiş uşaqları, yetkinlik yaşına çatmayanları nəinki istintaq altında, təcridxanalarda saxlamaq, əksinə, onları yenidən cəmiyyətə, ailəyə qazandırmaq lazımdır.

Onların azadlıqdan məhrum edilməsi ən son addım kimi seçilməlidir və bu məsələdə yüngülləşdirici hallar nəzərdə tutulmalıdır. Məsələn, Braziliyada aparılan araşdırmalar nəticəsində məlum olub ki, istintaqa cəlb olunmuş 65 uşağın saxlanılması xərclərinə 140 uşağın normal təhsil almasını qarşılamaq, vəsaiti oraya yönəltmək olar. Bu, özü nəticə çıxarmaq üçün gözəl imkandır\”- deyə, A. Şilakadze qeyd edib.