Çoxtonnajlı maşının Xəzər dənizindən qum daşıması narazılığa səbəb olub.
İnterpress.az xəbər verir ki, bununla bağlı video sosial şəbəkələrdə yayımlanıb.
Qeyd olunub ki, çoxtonnajlı maşınların dənizə girməsi çimərlik vaxtı ondan istifadə edəcək insanların həyatı üçün təhlükə yaradır və onların batmalarına səbəb olur.
Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanladıq.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev bildirib ki, artıq xidmətin əməkdaşları tərəfindən faktla bağlı akt tərtib edilib.
“Nəqliyyat vasitələrinin dövlət nömrə nişanları müəyyən olunub, sürücülərin kimliyini müəyyənləşdirmək məqsədilə 25 aprel 2024-cü il tarixində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edilib”.
Qeyd edək ki, hadisənin Xəzər dənizinin hansı hissəsində baş verməsi barədə dəqiq məlumat yoxdur.
Videonu təqdim edirik:/Oxu.az