“Təqib və təzyiqlərə baxmayaraq, internet resurslarında real həqiqətlərin əksində böyük aktivlik və irəlliyiş hiss olunur, amma mətbu (çap) KİV-dən hələ ki, yalnız “Azadlıq” qəzeti əvvəlki azad, ədalətli, müstəqil və cəsarətli mövqeyi ilə seçilir. Hal-hazırda ciddi bir ictimai fəaliyyətə başlamasam da, vətəndaş cəmiyyətlərinin bu və ya digər dəvətli tədbirlərində imkan dairəsində iştirakdan imtina etmirəm. Əlbəttə ki, elmi-pedagoji işimizlə yanaşı, jurnalist və hüquq-müdafiə fəaliyyətimizi də davam etdirmək və əsas məramımızı – insan haqlarının müdafiəsinə, o cümlədən, cəmiyyətdə sülh və əmin-amanlığın bərqərarına həsr etmək niyyətimiz var”.(Moderator.az)
İnterpress.az