Azərişıq rəisi “azan səsi”dən niyə qorxur? -PREZİDENTƏ ŞİKAYƏTbackend

Azərişıq rəisi “azan səsi”dən niyə qorxur? -PREZİDENTƏ ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şikayət məktubunda deyilir ki, Cəlilabad Azərişıq ASC-nin rəisi Aydın Məmmədov məscidlərə elektrik sayğacı quraşdırıb:

\”Cənab prezident, siz ailəlikcə hacısınız, rəhmətlik atanız da hacı idi. Sizin, bu mövzuda daha diqqətli olacağınıza güman edirik.

Əgər bir müsəlman ölkəsində məscidlərin işıqlarını kəsirlərsə, aylıq 2-3 manata görə məscidlərə elektrik sayğacları quraşdırılırsa həmin ölkədə Allah sevgisindən danışmağa dəyərmi?

Cəlilabad ASC-ya təyin olunmuş rəis Aydın Məmmədovun əslən ən dindar rayonlardan biri- Lerik rayonundan olsa da, özünü Allahı tanımayan Firon kimi kimi aparır.

Nədənsə Aydın Məmmədovun “Allahu Əkbər” sözünə, azan səsinə qarşı alergiyası var. Gözünə harada məscid dəyirsə düşüb hamısının işıqlarını kəsir\”.

Daha sonra şikayətçilər Vatikana, Roma Papasına da belə bir sual ünvanlayıblar:
\”Ey xristian aləminin müqəddəs Papası, sizdə də kilsələrin işıqlarını kəsib Cəillabadda olduğu kimi, Allahın evini qaranlıqda qoyurlar?\” (region-xeber.info)

İnterpress.az