Kalori məhdudiyyəti yaşa bağlı yağ itkisini yavaşladır – ARAŞDIRMAbackend

Kalori məhdudiyyəti yaşa bağlı yağ itkisini yavaşladır – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Piy toxumasında IgG antikorlarının yığılması qocalma prosesində hərəkətverici qüvvə ola bilər. Kalori məhdudiyyəti onu yavaşlada bilər.

İnterpress.az xəbər verir ki, bunu “Cell Metabolism” jurnalında dərc olunan araşdırma göstərib.

Yaşlanmanın əsas xüsusiyyəti metabolik disfunksiyaların ağırlaşmasıdır. Yeni tədqiqat insan və siçan piy toxuması üzərində aparılan təcrübələrin məlumatlarından istifadə edib.

Onlar nümunələrdə IgG antikorlarının konsentrasiyasının yaşla artdığını göstəriblər. Onların insanlarda toplanması çox gənc yaşda başlayıb.

Müəlliflərin fikrincə, bu proses iltihaba, sonradan piy toxumasının fibrozuna (çapıqlaşmasına) və yağ hüceyrələrinin insulinə həssaslığının itirilməsinə gətirib çıxarır. Sonuncu əvvəllər tip 2 diabet və piylənmənin inkişafı ilə əlaqələndirilib.

Kalori məhdudlaşdırılması IgG yığılması prosesini yavaşlada və hətta geri qaytara bilər. Bu, yağ toxumasının normal fəaliyyətini daha uzun müddət saxlamağa kömək edir.

Xuraman Etibarlı

İnterpress.az