Rusiya doqquz Beynəlxalq Cinayət Məhkəməsi nümayəndəsinin ekstradisiyası üçün sorğu göndərib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiya Baş Prokurorluğu ölkə daxilində qiyabi məhkum edilmiş Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) doqquz nümayəndəsinin ekstradisiyası ilə bağlı bir sıra ölkələrə sorğular göndərib.
Məlumata görə, sorğuların göndərildiyi şəxslər arasında BCM-nin prokuroru və məhkəmənin sədri də var.
Xuraman Etibarlı
İnterpress.az






