İsrail ordusu 7 oktyabr hücumunda iştirak edən HƏMAS komandirini MƏHV ETDİbackend

İsrail ordusu 7 oktyabr hücumunda iştirak edən HƏMAS komandirini MƏHV ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu 7 oktyabr hücumunda iştirak edən HƏMAS komandirini öldürüb.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (IDF) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İsrail ordusu Qəzzanın Xan-Yunis bölgəsinə endirdiyi zərbə nəticəsində HƏMAS-ın hərbi qanadının komandiri İbrahim Aləmi öldürüb.

İsrail tərəfinin məlumatına görə, Aləm 7 oktyabr hücumu zamanı İsrail ərazisinə daxil olub, israilli vətəndaşların öldürülməsində, həmçinin çavuş Şaked Dahanın meyitinin Qəzzaya aparılmasında iştirak edib.

Məlumata görə, İsrail ordusu daha bir zərbə zamanı HƏMAS-ın hərbi qanadının üzvü Mutazim Məhəmməd Süleyman Salahı da öldürüb.

Xuraman Etibarlı

İnterpress.az