Novosibirskdə uşaqda Koksaki virusunun ilk əlaməti yanıqla səhv salınıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyanın Novosibirsk şəhərində uşağın barmağında yaranan kiçik yara əvvəlcə adi termik yanıq kimi qiymətləndirilib.
Məlumata görə, valideynlər və həkimlər ilk mərhələdə uşağın virus xəstəliyinə tutulduğunu müəyyən edə bilməyiblər. Bir neçə gün sonra uşağın barmağı ciddi şəkildə şişib, daha sonra isə bədənində səpgilər yaranıb.
Səpgilər xüsusilə əl və ayaqlarda güclü şəkildə müşahidə olunub. Bundan sonra pediatr uşağa Koksaki virusu diaqnozu qoyub.
Hazırda uşaq müvafiq müalicə alır. Lakin xəstəliyin ilk əlamətinin yarandığı barmaq hələ də sağalmayıb və dərinin soyulması davam edir.

Xuraman Etibarlı
İnterpress.az






