ABŞ-də QASIRĞA TƏHLÜKƏSİ: Mağazalarda rəflər BOŞALDI – FOTOLARbackend

ABŞ-də QASIRĞA TƏHLÜKƏSİ: Mağazalarda rəflər BOŞALDI – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-də qasırğa təhlükəsinə görə mağazaların rəfləri boşalıb, yanacaqdoldurma məntəqələrində növbələr yaranıb.

İnterpress.az xəbər verir ki, ABŞ-nin cənubunda yeni tropik fırtınanın yaranması ilə əlaqədar əhali hazırlıqlara başlayıb.

ABŞ Milli Qasırğaların İzlənməsi Mərkəzi çərşənbə günü ölkənin cənubunda “İsaaya” adlı yeni tropik fırtınanın formalaşması barədə xəbərdarlıq edib. Fırtınanın həftənin sonuna qədər qasırğaya çevrilə biləcəyi bildirilir.

Fırtına təhlükəsi səbəbindən Florida və Missisipi ştatlarında mağazalarda bir sıra məhsulların rəfləri demək olar ki, boşalıb.

Kadrlardan birində kişinin avtomobilinin baqajını içməli su butulkaları ilə doldurduğu görünür.

Yanacağa tələbat da kəskin artıb. Yanacaqdoldurma məntəqələrində uzun növbələrin yarandığı bildirilir.

Xuraman Etibarlı

İnterpress.az