ABŞ-də kişi alt paltarında 10 canlı quş keçirməyə çalışarkən yaxalanıb.
İnterpress.az xəbər verir ki, hadisə Mayami Beynəlxalq Hava Limanında baş verib.
Məlumata görə, Alberto Ernandes Kastilyo Kubanın paytaxtı Havananın hava limanından Mayamiyə gəldikdən sonra əlavə yoxlamaya yönləndirilib.
Gömrük əməkdaşları kişinin bel və çanaq nahiyəsində şübhəli görüntü müşahidə ediblər. Onun olduqca həyəcanlı davranması əlavə yoxlamanın aparılmasına səbəb olub.
Yoxlama zamanı kişinin alt paltarına xüsusi tikilmiş qara ciblərdə lentlə bərkidilmiş altı şəffaf plastik boru aşkarlanıb. Boruların içərisində isə ümumilikdə 10 canlı quş olub.
Xuraman Etibarlı
İnterpress.az






