Fransa rusiyalı könüllülərin Olimpiadaya akkreditasiyaya dair müraciətlərini rədd edibbackend

Fransa rusiyalı könüllülərin Olimpiadaya akkreditasiyaya dair müraciətlərini rədd edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa 20-dən çox rusiyalı könüllünün Yay Olimpiya Oyunlarında iştirak üçün akkreditasiya müraciətini rədd edib.

İnterpress.az xəbər verir ki, bu barədə TASS-a “Paris 2024″ün təşkilat komitəsindən imtina cavabı alan namizədlərdən biri məlumat verib.

“Ötən gün mən təşkilat komitəsindən rəsmi məktub aldım. Məktubda bildirilib ki, Fransa hakimiyyəti mənim Olimpiadaya könüllü kimi müraciətimi təsdiqləməyib. Könüllü olmaq üçün müraciət edən 20-dən çox rusiyalı ilə əlaqə saxladım. Böyük təcrübəyə malik olan bütün bu insanlar da mənim kimi rədd cavabı alıblar”, – o bildirib.

Onun sözlərinə görə, Təşkilat Komitəsi Fransa hakimiyyətinin onun müraciətini rədd etməsinin səbəblərini açıqlamayıb.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək. Təşkilatçıların planlarına görə, yarışa 45 minə yaxın könüllü cəlb olunmalıdır.