Seyran Səxavət Əkərm Əylislidən danışdıbackend

Seyran Səxavət Əkərm Əylislidən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış yazıçı Seyran Səxavət Əkrəm Əylisinin həbs təhlükəsi və ölkə başçısına ünvanladığı müraciətə münasibət bildirib.

S.Səxavət Əkrəm Əylislinin Prezidentə müraciəti ilə tanış olduğunu deyib:

“Onun müraciətdə vurğuladığı bir məqam mənim ağlıma batdı ki, “bu yaşda, qoca, taqətsiz olan adam (Əkrəm Əylisli-red) cantaraq oğlanı necə vura bilərəm”.

Təbii ki, pərdəarxası nələr olduğundan mən də, siz də xəbərsizik. Ən yaxşısını Əkrəm müəllim özü bilir”.

S.Səxavət Əkrəm Əylisini hər zaman müdafiə etdiyini bildirsə də, “Daş yuxular” romanına görə qınayıb:

“Mən Əkrəm müəllimin “Daş yuxular”ı barədə fikirlərimi demişəm, həmin fikirlərimdə də qalıram. O zaman Azərbaycanda elə bir romanın yazılması yaramazdı. Əkrəm Əylisli müracitədində yazır ki, “xarici ölkələrdən mənə dəstək verirlər”.

Hər halda biz Azərbaycan ədəbiyyatını xaricidən yaxşı bilirik. Mən hesab edirəm ki, belə bir yazı yazmaq olmazdı. Bu birmənalı şəkildə belədir.

Mən əvvəldən axıra kimi Əkrəm müəllimi müdafiə etmişəm. Amma “Daş yuxular”ını qəbul etməmişəm. Əkrəm “Daş yuxular”ı yazmaqla mənim onu müdafiə etməyim üçün dırnaq yeri də qoymayıb”.

S.Səxavət Prezidentin Ə.Əylisinin müraciətinə müsbət cavab verəcəyinə inandığını qeyd edib:

“Mən bir söz adamı olaraq Əkrəm Əylisli kimi yazıçının həbs edilməsini istəmərəm. Məncə bu bizə xeyir gətirməz. Hesab edirəm ki, məsələni hansısa başqa yolla həll etmək lazımdır.

Hər halda Prezindent İlham Əliyevin humanizm və mərhəmət nümayiş etdirərək, dəfələrlə əfv sərəncamı imzalamasını nəzərə alaraq, Əkrəm Əylisliyə qarşı da humanist davranacağına inanıram”.

Martın 30-da yazıçı Əkrəm Əylisli Venesiyada keçirilən \”Incroci Di Civilta” Beynəlxalq ədəbiyyat festivalında iştirak etmək üçün ölkədən çıxmaq istəyərkən hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən Bakı hava limanında saxlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) rəsmi açıqlamasına görə, Ə.Əylisli buraxılış məntəqəsindən keçərkən əməkdaşlarla münaqişə yaratdığı üçün saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.1-ci maddəsilə cinayət işi açılıb.

Daha sonra bu maddə 315.1-ci (Hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddəsinə tövsif edilib. Cinayət işi istintaqın davam etdirilməsi üçün Bakı şəhər prokurorluğuna göndərilib”.

Yazı Ə.Əylisli baş verənlərdən dolayı Prezident İlham Əliyevə müraciət ünvanlayıb.(modern.az)

İnterpress.az