Narkotikə görə tutulan rəssam oğlu azadlığa buraxıldıbackend

Narkotikə görə tutulan rəssam oğlu azadlığa buraxıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prosesdə təqsirləndirilən şəxsin vəkili Adil İsmayılov çıxış edərək məhkəmədən N.Ağabəyova bəraət hökmü çıxarılmasını istəyib.

Daha sonra N.Ağabəyov son söz deyib. O, heç vaxt narkotikdən istifadə etmədiyini bildirib.

Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 2 il sınaq müddəti olmaqla şərti cəza verilib. O, məhkəmə zalından azadlığıa buraxılıb.

Xatırladaq ki, ötən iclasda dövlət ittihamçısı çıxışında N.Ağabəyovun 7 il azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, narkotik maddələrin satışında ittiham edilən N.Ağabəyov rəssam Mais Ağabəyovun oğludur. O, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, onun üzərinə və avtomobilinə baxış zamanı heroin aşkarlanıb.(trend.az)

İnterpress.az