Dərmanların növbəti qiymət tənzimlənməsi ilə bağlı sənəd qəbulu başa çatırbackend

Dərmanların növbəti qiymət tənzimlənməsi ilə bağlı sənəd qəbulu başa çatır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qiymət tənzimlənməsi aparılmamış təsiredici maddələr üzrə dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün Tarif Şurası tərəfindən sənədlərin (bəyannamələrin) qəbulu üçün son tarix cari ilin aprel ayının 22-si müəyyən edilib.

Qeyd edək ki, ümumilikdə, indiyədək Şura tərəfindən dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla 7 075 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti təsdiq edilib ki, bu, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin 77%-ni təşkil edir. Bunlardan 5 741 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə artıq satışdadır. Qiymətləri təsdiqlənmiş digər 1 334 dərman vasitəsinin yeni qiymətləri isə iyunun 1-dən qüvvəyə minəcək. (apa)

İnterpress.az