Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə aprelin 21-də saat 19 radələrində qeydə alınıb.
Belə ki, Goranboy rayonunda Gəncə şəhər sakinləri Ələsgər Şabanovun idarə etdiyi “VAZ-2107” və Azər Nağıyevin idarə etdiyi “QAZ-33021” markalı avtomobillər toqquşub.
Nəticədə Ə.Şabanovun sərnişinlərindən Ayşən Zahidi hadisə yerində ölüb, özü və digər 2 sərnişini müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. BDYPİ tərəfindən araşdırma aparılır.
İnterpress.az