Bunu Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Müdafiə Nazirliyinin sosial şəbəkə istifadəçilərinə müraciətinə münasibət bildirərkən deyib.
Qeyq edək ki, Müdafiə Nazirliyi bütün sosial şəbəkə istifadəçilərinə bir daha müraciət edib:
“İşğaldan azad olunmuş torpaqlara səfər edən dövlət, qeyri-hökumət təşkilatları, ictimaiyyət, media nümayəndələri, o cümlədən mədəniyyət və incəsənət xadimləri olduqları ərazilərdə apardıqları foto və videoçəkilişlərini, təəssüflər olsun ki, internet informasiya resursları vasitələri ilə yayırlar. Bu foto və videoların yayılmasının müdafiə maraqlarımıza zidd olmasını, hazırda ön xətdə yerləşən hərbi qulluqçularımızın təhlükəsizliyinə təhdid yaradacağını, eləcə də düşmən kəşfiyyatı üçün maraqlı olduğunu nəzərə alaraq sosial şəbəkələrdə şəxsi profillərdə mövcud olan görüntülərin təcili surətdə silinməsi xahiş olunur, gələcəkdə yerləşdirilməməsi təkidlə tövsiyə edilir və nazirlik olaraq hamılıqla bu tədbirdə yaxından iştirak edilməsinə çağırırıq”. (moderator.az)
İnterpress.az