Dövlət qulluğu və dövlət xidmətləri yalnız özbək dilini bilənlər üçün əlçatan olmalıdır.
İnterpress.az xəbər verir ki, bunu Özbəkistan parlamentinin üzvü Əlişir Kadırov deyib. Onun sözlərinə görə, dövlət qulluğu və dövlət xidmətləri yalnız dövlət dilini bilənlər üçün əlçatan olmalıdır.
“Rusiya Federasiyasında işləyən Özbəkistan vətəndaşları rus dilini bildiyi kimi, Özbəkistanda yaşayan ruslar da özbək dilini bilməlidir”, – deputat bildirib.
Kadırov Rusiya Federasiyası Dövlət Dumasının sədri Volodinin “Rusiya Federasiyasına işləmək üçün rus dilini bilən insanların gəlməsi vacibdir” ifadəsinə belə cavab verib.
Xuraman Etibarlı
İnterpress.az